- Baxış sayı: 38
- 05 Dekabr 2025 10:45
- Baxış sayı: 101
- Dekabr 05, 2025
- 0

Altı çəki dərəcəsində keçmiş dünya çempionu filippinli Menni Pakyao rinqə qayıtdığını elan edib.
Allsport.az xəbər verir ki, Pakyao “X” sosial şəbəkəsində bunu yazıb: “Mən iyulun 20-də Las-Veqasda “MGM Grand”da WBC çempionu Mario Barriosla qarşılaşmaq üçün rinqə qayıdıram”.
Menni Pakyaonun 46 yaşı var. O, peşəkar debütünü 1995-ci ildə edib və ilk dəfə 1998-ci ilin dekabrında WBC (50,8 kq) çəki dərəcəsində qalib gələrək dünya çempionu olub. Daha sonra o, super ağır çəkidə (55,3 kq-a qədər), super yüngül çəkidə (59 kq-a qədər), yüngül çəkidə (61,2 kq-a qədər), orta çəkidə (66,7 kq-a qədər) və birinci orta çəkidə (69,9 kq-a qədər) çempion olub.