- Baxış sayı: 136
- 19 Dekabr 2025 23:57
- Baxış sayı: 136
- Dekabr 19, 2025
- 0


Yarımağır çəkidə (79,4 kq-a qədər) mütləq dünya çempionu Artur Beterbiyev açıqlama verib.
Allsport.az xəbər verir ki, rusiyalı boksçu karyerasını bitirəcəyi vaxt haqda danışıb.
“Bilmirəm… Hələlik hər şey yaxşı gedir, özümü yaxşı hiss edirəm. Sağlamlıq durumun yaxşıdır, davam etmək istəyirəm. Anam məndən təqaüdə çıxmağımı istəyə bilər? Bəli, amma o, heç vaxt bunu deməz. Qərarı mən verəcəm. Hər bir ana kimi, o da övladı üçün narahatdır. Anam narahatdır, amma məni dəstəkləyir”.
Fevralın 22-də Ər-Riyadda Beterbiyev həmyerlisi Dmitri Bivolla revanş döyüşü keçirəcək.