Anar Babanlı AİBA-nın 3-ulduz dərəcəsinə layiq görülüb

Babanlı ailəsinə yeni müşdə. Allsport.az saytı xəbər verir ki, beynəlxalq boks hakimi Anar Babanlıya AİBA 3-ulduz dərəcəsi verib. Təşkilat bu barədə bilgini ABF-in prezidenti Kamaləddin Heydərova məktubla çatdırıb.

Mütəxəssisin kiçik qardaşı Elçar Babanlı cüdo fderasiyasının baş katibidir. Qardaşların atası Tofiq müəllim dünya boksunda tanınmız simadır. Uzun müddət ABF-n baş katibi olan böyük Babanlı gənclər idman nazirliyində boks üzrə baş məsləhətçi olub.

SSRİ idman ustası (1958), Azərbaycan respublikasının Əməkdar məşqçisi (1965), beynəlxalq dərəcəli hakim (1995), Əməkdar bədən tərbiyəsi və idman xadimi (2006) olan Tofiq müəllim ötən il 80-illiyini qeyd edib. O, 2002-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub və hazırda prezident təqaüdçüsüdür. 

Həmin kateqoriyadan