- Baxış sayı: 26
- 15 Aprel 2025 17:55
- Baxış sayı: 74
- Aprel 14, 2025
- 0
Qazaxıstanın Atırau şəhərində keçirilən boks üzrə qadınlar arasında beynəlxalq turnirdə finalçılar məlum olub. Allsport.az xəbər verir ki, milli komandamızın üzvü Anna Əlimərdanova (54 kq) yarımfinalda rusiyalı Kuleşova üzərində qələbə qazanıb – 2:1. Boksçumuz həlledici görüşdə qazaxıstanlı Jolamanla üz-üzə gələcək.
Milli komandamızın 3 üzvü isə bürünc medalla kifayətləniblər. Yana Alekseyevna (60 kq), Məryəm Cəbrayılova (64 kq) və Aynur Rzayeva (+81 kq) yarımfinalda uduzaraq, 3-cü olublar.
Qeyd edək ki, turnirə bu gün yekun vurulacaq.