Aqil Məmmədov: “AzAL layiqli qələbə qazandı”

“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində AzAL-a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 2:3 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Müdafiəçilərimizin bərbad oyununa görə uduzduq. AzAL layiqli qələbə qazandı, mən rəqibi təbrik edirəm. Deyərdim ki, hücumda problemimiz çox deyil. Əsas problem arxa xətt ilə bağlıdır. Biz hesabda irəlidə olduğumuz vaxtda adi epizodlarda qollar buraxdıq. Qışda böyük ehtimalla dəyişikliklər olacaq”.

Həmin kateqoriyadan