- Baxış sayı: 41
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Neftçi”nin baş məşqçisi Arif Əsədov Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Heyətdə müəyyən problemlər var idi. Bizim 3 futbolçumuz cəzalı durumdaydı. Buna baxmayaraq, oyuna qələbə üçün çıxmışdıq. İki fərqli hissə izlədik. Əgər ilk hissədə komanda öz oyununu sərgiləyə bilmədisə, ikinci hissədə daha aqressiv təsir bağışladı. Qarşıda oyunlar var. Biz növbəti oyunlarda xallar toplamağa çalışacağıq.
Razıyam ki, ilk hissədə aqressiv oynamadıq. Düşünürəm ki, fasilədən sonra komandada müəyyən problemlər meydana gəlib. Oyunlarda eyni heyətə şans verə bilmirik. Çünki bizdə heyətlə bağlı müəyyən problemlər var. Kollektivdə nizam-intizam vacibdir. Əgər Araz, Elvin kimi futbolçular irəli getmək istəyirlərsə, nizam-intizamlı olmalıdırlar. Hesab edirəm ki, bundan öncə verilən qərarlar həmin futbolçular üçün yararlı oldu”.