- Baxış sayı: 202
- 04 Fevral 2026 19:52
- Baxış sayı: 202
- Fevral 04, 2026
- 0
“Neftçi”nin baş məşqçisi Arif Əsədov Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Turnir cədvəlində qonşu pillələrdə olan komandalar oynayırdı. Biz “Qarabağ”la xal fərqini azaltmaq istəyirdik. Maraqlı oyun oldu. “Qarabağ” həm çempionatda, həm də Avropa Liqasında sabit futbol sərgiləyir. Bu oyunda hər iki komandanın şansları oldu. Amma düşünürəm ki, oyunun ədalətli nəticəsi elə 0:0 idi. Hakim ciddi səhvlər etmədi. Sadəcə, ilk hissədə Almeyda bizim futbolçuya kəllə atdı. Amma ümumi götürsək, Əliyar Ağayevin ciddi səhvi olmadı”.