- Baxış sayı: 57
- 22 Mart 2026 15:42
- Baxış sayı: 33
- Mart 24, 2026
- 0
“Neftçi”nin baş məşqçisi Arif Əsədov Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 3:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“4 turdur ki, qələbə qazana bilmirdik. Meydana qələbə üçün çıxmışdıq. İlk dəqiqələrdə şanslarımız olsa da, istifadə edə bilmədik. Əvəzində qapımızda qol gördük. “Sumqayıt” yaxşı təsir bağışladı. Buna baxmayaraq, toparlanıb, qələbəni əldə etdik. Biz ilk dəqiqələrdən hücuma atıldıq. Xarakter nümayiş etdirib qələbə qazandıq”.