““Arpaçay” idman birliyinin işindən çox razıyıq”

Bu gün “Sərhədçi” olimpiya-idman mərkəzində “Arpaçay” idman birliyinin təşkilatçılığı ilə şəhidlərimizin əziz xatirəsinə 11-ci ənənəvi açıq karate yarışı başladı. Allsport.az saytı xəbər verir ki, turnirdə 12 ölkədən 1300-dən artıq idmançı iştirak edir. Tədbirin gedişində Azərbaycan karate federasiyasının prezidenti Ülvi Quliyev açıqlama verdi: 

““Arpaçay” idman birliyinin işindən çox razıyıq. Bu klub dayanmadan çalışır. Ənənəvi beynəlxalq yarışda 1300-dən artıq karateçinin çıxış etməsi onların yüksək fəaliyyətinin nəticəsidir. Tədbirin əsas statusundan biri də qəhrəman şəhid qardaşlarımızın əziz xatirələrinin yad edilməsidir. Biz çalışırıq ki, bu istiqamətdə dövlət siyasətinə dəstək verək”.

Həmin kateqoriyadan