- Baxış sayı: 33
- 05 Dekabr 2025 10:45
- Baxış sayı: 26
- Dekabr 05, 2025
- 0

Yeniyetmə boksçulardan ibarət Azərbaycan millisi Saxa respublikasının Yakutiya şəhərində keçirilən “Asiya uşaqları” VIII beynəlxalq idman oyunlarında iştirak edəcək.
Allsport.az xəbər verir ki, yığmanın məşqçisi Teymur Məmmədov yarışda 8 idmançıya şans verəcək.
Boksçularımızdan “Asiya uşaqları”nda rinqə Nihad Qasımov (48 kq), İmran Axundov (50 kq), Bağır Əmirxanlı (52 kq), Haqverdi Həsənov (57 kq), Nurlan Abışov (60 kq), İslam Tağıyev (63 kq), Valeh Eyvazlı (66 kq) və Məhəmməd Cəfərov (+80 kq) çıxacaqlar.
Turnirdə beynəlxalq dərəcəli hakim Anar Nağdıyev ədaləti qoruyacaq.