- Baxış sayı: 63
- 19 Mart 2026 20:31
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Azərbaycan taekvondo federasiyasında (ATF) Paris-2024 paralimpiya oyunlarında ölkəmizin idman şərəfini qoruyacaq parataekvondoçularla görüş olub.
Allsport.az saytı xəbər verir ki, ATF-in vitse-prezidentləri Hikmət Səmədov, Niyaməddin Paşayev və baş katib Rüstəm Bağırlı lisenziyaçıların son durumu ilə maraqlanıb, onlara Fransa paytaxtında uğurlar arzulayıblar.
Yarışda Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) mübarizə aparacaqlar. K-44 kateqoriyasında parataekvondoçularımız Fransa paytaxtına avqustun 21-də yollacanaqlar.