- Baxış sayı: 115
- 30 Yanvar 2026 23:59
- Baxış sayı: 166
- Fevral 08, 2026
- 0

Kiprin Limasol şəhərində gənclər karateçilərin (WKF) Avropa çempionatı uğurla başa çatıb. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Anar Allahverdiyevin rəhbərliyi ilə 18 yaşlılarda kumitedə 68 kq-da Ələddin Məlikov bütün rəqiblərini üstələyib. Vüsal Qənbərov (55 kq) gümüş medala sahib olub.
66 kq-da Cansu Əhmədzadə, 61 kq-da Rəvan Abasov 3-cü olublar. Katada Salman Salmanov bürünc medala layiq görülüb. Kumitedə 21 yaşlılarda baş məşqçisi Elnur İbrahimin və kata üzrə baş məşqçi köməkçisi İsmayıl Quliyevin rəhbərliyi ilə Aslan Dostuyev (60 kq) 3-cü sıranı tutub.
Hakimlər dəstəsində bizdən Cahangir Babayev, Rənad Əliyev, Vüqar Kərimov, Mais Mədətov və Seymur Məmmədov yer alıblar.