Avropa birinciliyində ilk rəqiblər

Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçuların Avropa birinciliyinin püşkü atılıb. Allsport.az saytı xəbər verir ki, bu gün start götürəcək yarışda bizimkilərin ilk rəqibləri bilinib. Komandamızın heyətində ilk gündə rinqə 3 boksçumuz – Kamil Babayev, Səid Abdullayev və Daniel Xolostenko çıxacaqlar.

Avropa birinciliyində 39 ölkədən 400-dən artıq boksçu mübarizə aparacaq. Azərbaycan millisi oğlanlarda tam heyətlə çıxış edəcək. Yarışın qaliblərinin adlarına isə aprelin 21-də aydınlıq gələcək.

14 aprel
1/16 final

Kamil Babayev (54 kq) – Davit Çaparidze (Gürcüstan)
Səid Abdullayev (67 kq) – Samuel Quqliotta (İtaliya)
Daniel Xolostenko (71 kq) – Andrey Osiyevsçi (Moldova)

15 aprel
1/16 final

Zaur Qəhrəmanov (63,5 kq) – Antoni Makdonnel (İrlandiya)
Aslan Quliyev (60 kq) – Aleksandr Yarovyı (Ukrayna)

1/8 final

Kənan Babayev (48 kq) – Telet Yağlı (Türkiyə)
Ənvər Babayev (75 kq) – Morris Harstedt (İsveç)
Səbuhi Əlizadə (+92 kq) – Kaan Tükenmez (Türkiyə)

16 aprel
1/16 final

Arif Bayramov (57 kq) – Artur Donoque (İrlandiya)

1/8 final

Sərxan Budaqov (80 kq) – Vladislav Dudar (Ukrayna)
Məmməd Quliyev (92 kq) – Elvin Mayue-Belezika (İsveç)
Amin Məmmədzadə (51 kq) – Patrik Makkenna (İrlandiya)

18 aprel
1/4 final

Fətəli İsmayılov (86 kq) – Oğuzxan Türk (Türkiyə)

Həmin kateqoriyadan