- Baxış sayı: 20
- 23 Mart 2026 12:49
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

22 yaşadək boksçulardan ibarət millinin növbəti təlim-məşq toplanışına start verilib. Allsport.az saytı xəbər verir ki, əsas yığmanın böyük məşqçisi Nəriman Abdullayevin rəhbərliyi ilə bir araya gələn komanda hazırlığı Bakı boks mərkəzində keçir.
Gündə 2 dəfə məşq edən komandamızın düşərgəsinə 10-dək boksçu dəvət olunub. Bir gün öncə başlayan toplanış 2 həftə davam edəcək. Boksçular xüsusi fiziki və taktiki hazırlıq üzərində çalışacaqlar.
Təlim-məşq toplanışı martın 11-24-də Xorvatiyanın Poreç şəhərində U-22-lər arasında Avropa çempionatına hazırlıq xarakteri daşıyır.