- Baxış sayı: 63
- 19 Mart 2026 20:31
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Bolqarıstanın Plovdiv şəhərində keçirilən parataekvondo üzrə Avropa çempionatında millimiz uğurlu çıxış edib. Allsport.az saytı xəbər verir ki, 5 nəfərlə təmsil olunan komandamızın 2 üzvü fəxri kürsüyə çıxıb.
K44 +58 kq-da qadın taekvondoçusu Aynur Məmmədova qızıl medal qazanıb. Nicat Müslümov ( K-43; -75 kq) 3-cü yer tutub.
Digər 3 təmsilçimiz İmaməddin Xəlilov, Əbülfəz Abuzərli və Vüqar Adışirinov yarımfinala çıxışda uduzublar.