- Baxış sayı: 384
- 06 Noyabr 2024 22:37
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Noyabrın 21-də Polşanın Kolobjek şəhərində boks üzrə gənclər arasında Avropa çempionatına start verilib. Allsport.az xəbər verir ki, yarışda 37 ölkənin 266 təmsilçisi mübarizə aparır.
Komandamız qitə çempionatında baş məşqçi Şamil Alimzanov, məşqçilər Vidadi Tağıyev və İlham Alimzanovun rəhbərliyi altında 9 boksçu ilə iştirak edir. Yarışın ikinci günündə milli komandamızın 5 üzvü rinqə çıxıb. Sevindirici haldır ki, onların hamısı rinqi qalib kimi tərk ediblər. Nəticələr belə olub:
52 kq. Elcan Qafarlı – Damiano Kordella (İtaliya) 2:1
64 kq. Pərviz Quliyev – Françesko Maqri (İtaliya) 3:0
60 kq. Elməddin İsmayılov – Alexandro del Rio Qalan (İspaniya) 3:0
81 kq. Qüdrət Quliyev – Tadas Sakoçius (Litva) 3:0
75 kq. Hacı Dilbazov – Rati Tlaşadze (Gurcustan) 3:0
Avropa birinciliyinə noyabrın 28-də yekun vurulacaq. Turnirdə ölkəmizi hakim kimi Emil Qurbanəliyev təmsil edir.