- Baxış sayı: 20
- 23 Mart 2026 12:49
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Ukraynanın Xarkov şəhərində kişi boksçuların Avropa çempionatının təqvimi dəqiqləşib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin də iştirak edəcəyi yarışda ilkin döyüşlər 16-20 iyunda baş tutacaq.
“Lokomotiv” idman sarayında təşkil olunacaq çempionatda iyunun 21-də 1/4 final mərhələsinə start veriləcək. Ardınca 1 gün istirahət edəcək boksçular yarımfinal qarşılaşmalarına çıxacaqlar. Bu döyüşlər iyunun 23-nə təsadüf edəcək. Yarışın son günündə – iyunun 24-də isə qaliblərin adları bilinəcək.
Qeyd edək ki, 10 çəki dərəcəsi üzrə keçiriləcək Avropa çempionatında 44 ölkədən 400-dək idmançının iştirakı gözlənilir.