Avropa çempionu vəfat etdi

Rusiya millisinin sabiq üzvü və Yekaterinburqun “Lokomotiv-İzumrud” klubunun keçmiş kapitanı Pavel İvanov 62 yaşında dünyasını dəyişib.

Allsport.az xəbər verir ki, təcrübəli idmançı uzun sürən xəstəlikdən sonra vəfat edib.

Karyerası ərzində Rusiya çempionu və ölkə kubokunun sahibi olan İvanov, həmçinin dünya liqasının bürünc mükafatçısı və gənclər arasında Avropa çempionu adını qazanıb. O, Rusiya yığmasının tarixində “libero” mövqeyində çıxış edən ilk oyunçu kimi yadda qalıb.

Həmin kateqoriyadan