- Baxış sayı: 384
- 06 Noyabr 2024 22:37
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Boks üzrə kişilər arasında keçiriləcək Avropa olimpiya təsnifat turnirinin tarixi dəqiqləşib. Allsport.az xəbər verir ki, yarış iyunun 4-18-də keçiriləcək.
Turnirin keçiriləcəyi yer hələ müəyyənləşməyib. Bununla bağlı martın 1-dək məlumat veriləcək. Yarışın Skandinaviya və ya Baltikyanı ölkələrdən birində təşkil olunacağı gözlənilir.
Ötən il martın 14-də Böyük Britaniyanın paytaxtında başlayan Avropa olimpiya təsnifat turniri üç gündən sonra koronavirus infeksiyası səbəbindən yarımçıq dayandırılıb.
Boksçumuz Tayfur Əliyev Avropa olimpiya təsnifat turnirində 1/4 finala yüksəlməklə Tokio olimpiadasına lisenziya əldə edib.