- Baxış sayı: 45
- 15 Mart 2026 20:31
- Baxış sayı: 232
- Mart 15, 2026
- 0

18 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının C Divizionunda 5-9-cu yerlər uğrunda keçirdiyi ikinci oyununda da qələbə qazanıb.
Allaport.az xəbər verir ki, komanda Bakıda Andorra seçməsini 81:55 hesabı ilə məğlub edib.
Ötən gün ilk görüşündə Cəbəllütariqi 75:58 hesabı ilə üstələyən Azərbaycan yığmasının növbəti rəqibi San Marino olacaq. Avqustun 6-da keçiriləcək qarşılaşma saat 12:30-da start götürəcək.