“Məqsədimiz hər 2 oyunda qələbə qazanmaqdır”

Allsport.az saytı xəbər verir ki, qadın futbol millisinin baş məşqçisi Siyasət Əsgərov dünya çempionatının seçməsində Andorra yığması ilə səfərdə keçiriləcək oyun barədə açıqlama verib:

“Andorra yığması ilə ardıcıl 2 dəfə qarşılaşacağıq. İndiki məqamda yalnız səfər matçını düşünürük. Qrupda daha yaxşı mövqedə qərarlaşmaq üçün Andorra ilə görüşlər böyük önəm kəsb edir.

İspaniyada beş günlük təlim-məşq toplanışı keçdik, oyuna yaxşı hazırlaşdıq. Futbolçular da çox həvəslidirlər, matçın vacibliyini dərk edirlər. Rəqib barədə bütün məlumatları onlarla bölüşmüşük. Komanda oyuna tam hazırdır. Məqsədimiz Andorra ilə hər iki oyunda qələbə qazanmaqdır”.

“C” liqasının 3-cü qrupu çərçivəsində aprelin 14-də Andorra – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Həmin kateqoriyadan