- Baxış sayı: 32
- 14 Aprel 2026 17:35
- Baxış sayı: 100
- Aprel 14, 2026
- 0

20-26 apreldə Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu gün AGF-in təlim-məşq qurğusunda məsul yarışda iştirak edəcək milli komandalarımızla görüş keçirilib. AGF rəhbərliyinin iştirak etdiyi tədbirdə bütün yarış iştirakçılarına uğurlar arzulanıb. AGF-nin baş katibi Pərvin Piriyev, vitse-prezidentlər Namiq Abdullayev və Fərid Mansurov, eləcə də sərbəst güləş üzrə koordinator Hacı Əliyev çıxış edərək millinin hər bir üzvünə inandıqlarını, görüşün nəticəsindən asılı olmayaraq son nəfəsədək mübarizə aparmağın vacibliyini dilə gətiriblər.
Sonra heyət açıqlanıb. Yunan-Roma güləşi üzrə millimiz yarışın ilk günlərində mübarizə aparacaq. Baş məşqçi Məhəmməd Bəna, böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Rövşən Bayramov, Bəhruz Həzrətipur, Rəsul Cəzini və Sabah Şəriətinin rəhbərliyi ilə Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), Ziya Babaşov (63 kq), Həsrət Cəfərov (67 kq), Ruslan Nurullayev (72 kq), Sənan Süleymanov (77 kq), Qurban Qurbanov (82 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq) çıxış edəcəklər.
Daha sonra qadın güləşinə keçəcək. Baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Elnurə Məmmədova (50 kq), Jalə Əliyeva (57 kq), Günay Qurbanova (59 kq), Ruzanna Məmmədova (62 kq) və Birgül Soltanova (65 kq) ölkəmizi təmsil edəcək.
Yarışın son günlərində isə sərbəst güləş üzrə mübarizə baş tutacaq. Baş məşqçi Hetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyevlə Şərif Şərifovun rəhbərliyi altında İslam Bazarqanov (57 kq), Nürəddin Novruzov (61 kq), Rəşid Babazadə (65 kq), Kənan Heybətov (70 kq), Turan Bayramov (74 kq), Cəbrayıl Hacıyev (79 kq), Arseni Cioyev (86 kq), Əli Sokoyev (92 kq), Osman Nurməhəmmədov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) uğur qazanmağa çalışacaqlar.
Avropa çempionatında ədaləti I-S dərəcəli hakimlərimiz – Asif Şirəliyev, Sədi Quliyev və Bəşir İsazadə qoruyacaq.
