- Baxış sayı: 127
- 12 May 2026 16:56
- Baxış sayı: 59
- May 12, 2026
- 0

Qadın voleybolçuların yüksək liqasında 2-ci finalçı bilinib. Allsport.az saytı xəbər verir ki, “Turan” və “Gəncə” arasında yarımfinal matçı meydan sahibələrinin – 3:0 (25:18, 25:18, 25:18) qələbəsi ilə bitib.
Ziya Rəcəbovun komandası ilk görüşdə də eyni hesabla sevinmişdi. Debütant həlledici oyunda digər siftəçi – “DH Volley”lə qarşılaşacaq.
“Gəncə” bürünc medallar uğrunda “Milli Aviasiya Akademiyası” ilə üz-üzə gələcək.