- Baxış sayı: 37
- 14 Aprel 2026 17:03
- Baxış sayı: 99
- Aprel 14, 2026
- 0

Argentinalı məşqçi Xavyer Maskerano “İnter Mayami”nin baş məşqçisi vəzifəsindən getdiyini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, o, şəxsi səbəblərə görə ABŞ klubunu tərk etdiyini deyib:
“Hər kəsə bildirmək istəyirəm ki, şəxsi səbəblərə görə “İnter Mayami”nin baş məşqçisi vəzifəmi bitirmək qərarına gəldim.
İlk növbədə, kluba mənə göstərdikləri etimada görə, birgə səylərinə görə hər bir işçiyə və xüsusən də unudulmaz anlar yaşamağımıza kömək edən oyunçulara təşəkkür etmək istəyirəm. Həmçinin azarkeşlərə və “La Familia”ya təşəkkür etmək istəyirəm, çünki onlar olmasaydı, bunların heç biri mümkün olmazdı”.