İdman akademiyasında Meksikanın elçisi ilə görüş

Aprelin 14-də Azərbaycan idman akademiyasında (ASA) Meksika Birləşmiş Ştatlarının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyeronun rəhbərlik etdiyi nümayəndə heyəti qonaq olub.

Allsport.az saytı xəbər verir ki, gələnləriı salamlayan AİA-nın rektoru Fuad Hacıyev akademiyanın tarixi, elmi-tədris mühiti və beynəlxalq əməkdaşlıq istiqamətləri haqqında ətraflı məlumat verib. Rektor bildirib ki, AİA Meksikanın nüfuzlu ali təhsil müəssisələri ilə akademik əlaqələrin inkişaf etdirilməsinə və uzunmüddətli əməkdaşlığın qurulmasında maraqlıdır.

Səfir Mariya Viktoriya Romero Kabalyero elm və təhsil sahəsində əməkdaşlığın xalqlar arasında qarşılıqlı anlaşma və yaxınlaşmanın mühüm vasitələrindən biri olduğunu deyib.

Görüşdə AİA ilə Meksikanın aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib. Tərəflər memorandumların imzalanması, ikili diplom proqramlarının yaradılması, tələbə və müəllim mübadiləsinin təşkili, eləcə də birgə akademik və elmi layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Həmin kateqoriyadan