- Baxış sayı: 48
- 09 Aprel 2026 12:26
- Baxış sayı: 47
- Aprel 14, 2026
- 0

Ümumdünya antidopinq agentliyi (VADA) 2026-cı il 17 aprel tarixini dünyada Ədalətli idman günü elan etmişdir. Allsport.az saytı xəbər verir ki, təmiz idman dəyərlərinə həsr olunan bu gün dopinqə qarşı qlobal mübarizə ilə bağlı idmançılar, idman ictimaiyyəti və digər maraqlı tərəflər üçün maarifləndirmə məqsədi daşıyır.
Ələmətdar gün çərçivəsində AMADA-nın müxtəlif sosial media kanallarında bu günlə bağlı paylaşımların edilməsi ilə yanaşı, Azərbaycanın bölgələrində maarifləndirici tədbirlərin təşkili, müxtəlif təhsil müəssisələrində görüşlərin keçirilməsi, idman federasiyaları ilə əməkdaşlıq çərçivəsində tədbirlərin reallaşdırılması planlaşdırılır.
Bununla yanaşı, sosial media kampaniyalarının aparılması və ictimai təşviqat layihələrinin icrası da nəzərdə tutulur.