“Milan”dan ayrılaraq “Vest Hem”ə dönəcək

“Vest Hem Yunayted”in hücumçusu Niklas Fülkruq iyun ayında icarəyə götürdüyü “Milan”dan ayrılacaq. Allsport.az saytı xəbər verir ki, klub 5 milyon avroluq sərbəst qalma bəndini tətbiq etməyəcək. Almaniyalı futbolçu İngiltərəyə qayıdacaq və sonra yenidən ayrılacaq.

Oyunçunun “Vest Hem”lə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir. O, 2026-cı ilin yanvar ayının əvvəlində icarə əsasında “Milan”a keçib və transfer hüququ da var. Hücumçu “Milan”da 16 seriya “A” oyununda iştirak edib və 1 qol vurub.

Həmin kateqoriyadan