- Baxış sayı: 35
- 22 Aprel 2025 17:44
- Baxış sayı: 32
- Aprel 23, 2025
- 0
İyunun 16-da Ukraynanın Xarkov şəhərində kişi boksçuların Avropa çempionatı start götürəcək. Allsport.az saytı xəbər verir ki, 9 gün davam edəcək yarışda Azərbaycan millisi tam heyətlə təmsil olunacaq.
Baş məşqçi Leonid Loivskinin rəhbərlik etdiyi məşqçilər korpusu qitə çempionatında bu rinq ustalarına şans verəcək: Məsud Yusifzadə (49 kq), Elvin Məmişzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Eldar Quliyev (81 kq), Abdulqadir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq).
Qeyd edək ki, Bakıdakı təlim-məşq toplanışını bu gün başa vuracaq yığmamız hazırlığın son mərhələsini Xarkovda keçəcək. Boksçularımız Ukraynaya iyunun 4-də yollanacaqlar.