- Baxış sayı: 384
- 06 Noyabr 2024 22:37
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Kişi boksçulardan ibarət millimiz Türkiyədə təlim-məşqdədir. Allsport.az saytı xəbər verir ki, TBF-in prezidenti Əyyub Gözkeç toplanışı belə dəyərləndirib:
“Biz iki dövlət, tək millətik. Hər zaman qardaş ölkə Azərbaycanın yanında olmaqdan, sizi Türkiyədə qonaq etməkdən qürur və xoşbəxtlik hissi keçiririk. Azərbaycanın hazırkı durumda yanında olduğumuzu idman qardaşlığı ilə də göstəririk. Hər zaman və hər yerdə qardaşlarımızla birgəyik.
Artıq Azərbaycan yığması ilə təlim-məşq toplanışına start verdik. Oktyabrın 28-də hazırlığa Rumıniya milli komandası da qoşulacaq. Hədəfimiz idmançılarımızın Tokio yay olimpiya oyunları üçün lisenziya xarakterli Avropa turnirinə tam formada yollanmasıdır”.