- Baxış sayı: 384
- 06 Noyabr 2024 22:37
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Dekabrın 25-dən 29-dək boks üzrə böyüklər arasında növbəti Azərbaycan çempionatı keçiriləcək. Allsport.az xəbər verir ki, ABF-nin Boks Mərkəzində təşkil olunacaq yarışda “Baku Fires” klubunun 17 üzvü mübarizə aparacaq.
Olimpiya oyunlarına lisenziya qazanan Albert Səlimov və Abdulqadir Abdullayev milli komandanın düşərgəsində olduqlarından ölkə çempionatına qatılmayacaqlar. Bu günlərdə Neft Ölkələrinin Dünya Kubokunda qızıl medal qazanan Yevgeni Ramaşkeviçə isə istirahət verilib. Heyətdə ən təcrübəli boksçular kimi Heybətulla Hacəliyevlə (64 kq) Soltan Migitinovu (81 kq) qeyd etmək olar. Avropa çempionatının bürünc mükafatçısı, London Olimpiadasının iştirakçısı Hacəliyev Pedro Roqe baş məşqçi təyin olunduqdan sonra milli komandaya dəvət almır. Migitinov isə Teymur Məmmədov çəkisini 81 kq-a salandan sonra 1-ci nömrə statusunu itirib. Heyətə ötən mövsüm WSB liqasında bütün görüşlərini qələbə ilə başa vuran Arslanbek Mahmudov da (+91 kq) daxil edilib. 2014-cü ildə Azərbaycan kuboku yarışlarında qızıl medal qazanmış Nikolay Veselov (75 kq) ölkə çempionatında da favoritlərdən sayılır.
Qeyd edək ki, milli komandanın əksər aparıcı üzvləri Azərbaycan çempionatında iştirak etməyəcəklər.
“Baku Fires” klubunun Azərbaycan çempionatında iştirak edəcəyi heyət:
49 kq: Cavid Dadaşov, Rəsul Saliyev.
52 kq: Murad Rabadanov, Məhəmməd İbiyev.
56 kq: Yaraş Məhəmmədov.
60 kq: Nəsrəddin Məmmədov, Həsən Arsunkayev.
64 kq: Heybətulla Hacəliyev, Zaur Abdullayev.
69 kq: Tamerlan Abdullayev.
75 kq: Nikolay Veselov, Jaba Xositaşvili, Zaurbek İbrahimov, Badri Xardziani.
81 kq: Soltan Migitinov.
91 kq: Hacı Murtuzəliyev.
+91 kq: Arslanbek Mahmudov.