- Baxış sayı: 72
- 12 Dekabr 2025 22:07
- Baxış sayı: 687
- Dekabr 12, 2025
- 0

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində dünya kyokuşin federasiyasının (KWF) təşkilatçılığı ilə keçirilən dünya çempionatı başa çatıb.
Allsport.az xəbər verir ki, çempionatında Azərbaycan komandası 16 idmançı, 2 hakim, 1 baş məşqçi və 1 ölkə nümayəndəsi olmaqla, ümumilikdə 20 nəfərlik heyətlə təmsil olunub. Milli komandaya Azərbaycan karate federasiyasının baş katibi Qabil Sayadov və KWF-in nümayəndəsi Rza Mustafayev rəhbərlik ediblər.
Yarışın yekun nəticələrinə əsasən, Azərbaycan karateçiləri müxtəlif yaş və çəki dərəcələrində medal qazanıblar. Cavid Kazımlı (16-17 yaş, +80 kq) və Selcan Babayeva (+60 kq) qızıl medala layiq görülüblər. Rəhman Yusubov (14-15 yaş, 75 kq) gümüş medal əldə edib. Vaqif Bəndəliyev (16-17 yaş, 70 kq) və Toğrul Orucov (12-13 yaş, 60 kq) isə bürünc medala sahib olublar.