Azərbaycan millisində yeni baş məşqçi

Kişi boksçulardan ibarət Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub. Allsport.az xəbər verir ki, yığma ötən ildən Azərbaycan boks federasiyasında texniki direktor kimi çalışan özbəkistanlı Rövşən Qocayevə tapşırılıb.

44 yaşlı yeni baş məşqçi Özbəkistanın boks üzrə idman ustasıdır. O, məşqçilik fəaliyyətinə 1998-ci ildə başlayıb. Karyerası ərzində Özbəkistan, Asiya, dünya və olimpiya çempionları yetişdirib.

2016-23-cü illərdə Özbəkistan boks federasiyasının məşqçilər şurasında çalışıb. İBA-nın 3 ulduz kateqoriyalı məşqçisi olan Qocayev, həmçinin Özbəkistan respublikasının əməkdar məşqçisidir. “Dostluq ordeni” ilə təltif olunub. 2016-cı ildə beynəlxalq premiyanın laureatı olub. Nəzəriyyə, metodika və idman üzrə professor elmi dərəcəsinə malikdir.

O bu vəzifədə müqaviləsi başa çatan kubalı Pedro Rokeni əvəzləyib.

Həmin kateqoriyadan