- Baxış sayı: 55
- 22 Mart 2026 10:25
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Gənclər və idman naziri Fərid Qayıbov, Antalyada Avropa şurasının idmana cavabdeh nazirlərinin 17-ci konfransında iştirak edib. Allsport.az saytı xəbər verir ki, tədbirin ilk günü o, idman üzrə genişləndirilmiş hissəvi sazişinə (EPAS) üzv dövlətlərin idman nazirlərinin toplantısında iştirak edib.
Onu AGİN-in beynəlxalq əlaqələr şöbəsinin müdiri, EPAS idarə heyətinin üzvü Namiq Novruzov müşaiyət edir. Yığıncaq çərçivəsində oktyabrın 27-də “Miqrant və qaçqınların idman vasitəsilə inteqrasiyası” mövzusunda dəyirmi masalar keçiriləcək. Milli Məclisin deputatı Nigar Arpadarai AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin mövzu üzrə məruzəçisi qismində çıxış edəcək.