- Baxış sayı: 39
- 23 Aprel 2025 19:37
- Baxış sayı: 68
- Aprel 25, 2025
- 0
Milli paralimpiya komitəsinin baş katibi Kamal Məmmədov Çilinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Fidel Coloma ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, qonaq ölkəmizin Tokio-2020 paralimpiadasında qazandığı yüksək nailiyyətlərlə bağlı qarşı tərəfi təbrik edib, ölkədə paralimpiya hərəkatının yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb.
Fidel Coloma ölkəsinin də paralimpiya dəyərlərinə önəm verdiyini bildirib, AMPK ilə ÇPK arasında əlaqələrin qurulmasının vacibliyini qeyd edib. O, idman sahəsində müxtəlif proqramlar çərçivəsində birgə əməkdaşlığı dəstəklədiyini vurğulayıb.
Sonra tərəflər gələcək əməkdaşlıqla bağlı bir sıra məsələləri müzakirə ediblər.