FOTO
İndoneziya çempionu “İl’Azero”nun yeni qış geyimlərini təqdim edib

Milli idman brendi “İl’Azero” çeşid çevrəsini genişləndirməkdədir. Allsport.az saytı xəbər verir ki, qısa, uzunqol köynəklər və müxtəlif cür idman dəstləri istehsal edən şirkət, ara-sıra qış geyimləri də buraxır. İdmançılar tərəfindən gödəkçələrə maraq böyükdür. O üzdən, yeni partiya gələndə və ictimailəşəndə, şirkət əməkdaşlarına zənglər susmur.

Xatırladaq ki, brendin təsisçisi və sahibi, tanınmış voleybol meneceri İlqar İmamquliyev bu həftələrdə yeni sosial yönlü layihəyə başlayıb. Kolelksiya yerli atributları, naxış və rəmzləri təbliğ etməklə yanaşı, ölkəmizi layiqincə təmsil edən idmançıları, ictimai xadimləri, özəlliklə, 2-ci Qarabağ savaşı iştirakçılarına həsr edilib.

Şəkildə son mövsüm qadın voleybolçulardan ibarət “Cakarta” klubunu İndoneziya çempionu edən baş məşqçi Ziya Rəcəbovdur.

Возможно, это изображение (1 человек, борода, стоит и солнечные очки)
Возможно, это изображение (1 человек)

Həmin kateqoriyadan