- Baxış sayı: 20
- 23 Mart 2026 12:49
- Baxış sayı: 226
- Mart 26, 2026
- 0

Yeniyetmə boksçulardan ibarət İsrail millisi Azərbaycanda səfərdədir. Allsport.az saytı xəbər verir ki, qonaqlar Bakı boks mərkəzində Avropa birinciliyinə hazırlaşan yığma komandamızla birgə məşq edir.
9 idmançıdan ibarət heyətlə ölkəmizə gələn israillilər təlim-məşq toplanışı çərçivəsində Azərbaycan millisinin üzvləri ilə sınaq döyüşlərində də güclərini yoxlayırlar.
Komandalar 10 gün hazırlıq keçəcəklər.