- Baxış sayı: 31
- 24 Noyabr 2024 13:26
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
İstanbulda Türkiyənin və Azərbaycanın idman mətbuatı arasında əməkdaşlıla bağlı görüş olub. Allsport.az saytı xəbər verir ki, Türkiyə idman yazarları dərnəyinin baş idarəsində keçirilən toplantıda bizdən “İdman” qəzetinin baş redaktoru Qabil Mehdiyev, Türkiyə idman jurnalistləri təşkilatının prezidenti Oğuz Tonqşir və qardaş ölkənin tanınmış idman jurnalisti, AİPS-in Avropa regionu üzrə icraiyyə komitəsinin üzvü və xəzinədarı Murad Ağça iştirak ediblər.
Görüşdə, həmçinin iki ölkənin idman jurnalistləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub. Qabil Mehdiyev TSYD-nin nəzdində yeni yaradılmış idman jurnalistləri muzeyi ilə tanış olub, həmçinin qurumun idman kompleksində mövcud şəraitlə maraqlanıb.
Həmyerlimiz Azərbaycanın idman jurnalistlərinin adından 4-cü İslam həmrəyliyi oyunlarının xatirə medallarını qardaş ölkənin idman yazarlarına təqdim edib. Xatırladaq ki, növbəti – İslam olimpiadası 2021-ci ildə İstanbulda keçiriləcək.