Azərbaycan Xalq Cümhuriyyəti – 100!

1918-ci ildə mayın 28-də Azərbaycan xalqının çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində müstəqil dövlət yarandı. Allsport.az saytı xəbər verir ki, 1-ci Dünya müharibəsinin başa çatdığı dövrdə bağımsızlığını elan edən ADR türk aləmi və müsəlman şərqində ilk parlament respublikası oldu. Müzakirədən sonra yaradılan Milli Şuraya Müsavat partiyasının rəhbəri Məhəmməd Əmin Rəsulzadə sədr seçildi. Paytaxtı əvvəlcə Gəncə, sonra Bakı seçildi.

Hökumətin 24 iyun 1918-ci il tarixli qərarına əsasən dövlət bayrağı kimi qırmızı fonda ağ aypara və səkkizguşəli ulduzun təsvir edildiyi qırmızı parçadan hazırlanmış bayraq qəbul olundu. Noyabrın 9-da bu bayraq, ağ aypara və səkkizguşəli ulduzun təsvir olunduğu mavi, qırmızı və yaşıl rəngli bayraqla əvəz edildi. Azərbaycan Cümhuriyyətinin dövlət bayrağının üç rəngi “türk milli mədəniyyətini, müasir Avropa demokratiyasını və islam sivilizasiyasını təmsil edirdi”.

1918-ci ildə hərbçilərimizin köməyə gəlmiş Osmanlı əsgərləri ilə birgə yaratdıqları Qafqaz İslam ordusu Odlar yurdunun daim döyünən ürəyi Bakını erməni daşnakları və rus bolşeviklərindən qurtarıb. Azərbaycan Xalq Cümhuriyyəti 23 ay yaşayıb. Bu dönəmdə 5 kabinet dəyişdi. Ayrı-ayrı vaxtlarda Fətəli xan Xoyski və Nəsib bəy Yusifbəyli Nazirlər Şurasının sədri vəzifəsini daşıyıblar. Əlimərdan bəy Topçubaşov parlametə başçılıq edib. Ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə bu il “Cümhuriyyət ili” elan olunub. Hər il 28 may Respublika günü kimi qeyd edilir.

 

Həmin kateqoriyadan