- Baxış sayı: 73
- 16 Aprel 2025 10:25
- Baxış sayı: 68
- Aprel 20, 2025
- 0
Bakıda kişi və qadın boksçular arasında ənənəvi “Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.
Allsport.az xəbər verir ki, 9 ölkənin 200-dək idmançısının qatıldığı yarışda Azərbaycanın 11 üzvü finala vəsiqə qazanıb.
Kişi boksçuların mübarizəsində Sübhan Məmmədov, Nicat Hüseynov, Məhəmmədəli Qasımzadə, Nəbi İsgəndərov, Səidcəmşid Cəfərov, Murad Allahverdiyev, Alfonso Dominqes və Məhəmməd Abdullayev yarımfinal döyüşlərini qələbə ilə başa vurublar. Şamil Əsgərov, Tağı Nəsibov, Ruslan Rüstəmov və Məmməd Quliyev finala yüksələ bilmədikləri üçün bürünc medalla kifayətləniblər.
Qadın boksçuların yarışında Marjona Savriyeva, Zeynəb Rəhimova və Aynur Rzayeva qalib gələrək həlledici görüşə vəsiqə qazanıblar. Onlardan fərqli, Anaxanım İsmayılova, Bəhriyyə İbrahimova və Aynur Mikayılova yarımfinal səddini keçə bilmədikləri üçün üçüncü yeri tutublar.
Kişilər
48 kq
Sübhan Məmmədov (Azərbaycan) – Nurqısa Turabəyov (Qazaxıstan) – 5:0
Bəhruz Xoldorov (Özbəkistan) – Sahil Allahverdovi (Gürcüstan) – 1:4
51 kq
Nicat Hüseynov (Azərbaycan) – Meroy Sufiyonov (Tacikistan) – 3:2
Davit Çaparidze (Gürcüstan) – Bair Batlayev (Rusiya) – 2:3
54 kq
Maksim Kuznetsov (Rusiya) – Candövlət Sarsənbəyev (Qazaxıstan) – 5:0
Baqslan Kencəbəy (Qazaxıstan) – Şahzad Müzəffərov (Özbəkistan) – 4:1
57 kq
Xosrovxan Rəhimov (Tacikistan) – Nadirbəy Allabərqanov – 1:4
Yerxan Turdan (Qazaxıstan) – Eduard Savvin (Rusiya) – birinci döyüşə gəlməyib
60 kq
Şamil Əsgərov (Azərbaycan) – Məhəmmədəli Qasımzadə (Azərbaycan) – 2:3
Tağı Nəsibov (Azərbaycan) – Vsevolod Şumkov (Rusiya) – 0:5
63,5 kq
Ruslan Qafurov (Tacikistan) – Sayat İlyasov (Özbəkistan) – 1:4
Ruslan Rüstəmov (Azərbaycan) – Sandan Sandanov (Rusiya) – 2:3
67 kq
Nəbi İsgəndərov (Azərbaycan) – Dulat Bəybəyov (Qazaxıstan) – ikinci döyüşə gəlməyib
Aslixan Koşərbəy (Qazaxıstan) – Yevgeni Kul (Rusiya) – ikinci tam üstünlüklə qalib gəlib
71 kq
Sərdar Abdumütəliyev (Özbəkistan) – Nurbəy Mürsəl (Qazaxıstan) – 0:5
Bəyzad Həmidov (Özbəkistan) – İqor Sviridçenkov (Rusiya) – 0:5
75 kq
Səidcəmşid Cəfərov (Azərbaycan) – Giorgi Natroşvili (Gürcüstan) – 5:0
Səncar-Əli Beqəliyev (Qazaxıstan) – Amin Kuşkov (Rusiya) – 4:1
80 kq
Murad Allahverdiyev (Azərbaycan) – Saqin Uulu Satibaldi (Qırğızıstan) – birinci döyüşə gəlməyib
Ənvər Nüsrəddinov (Kamboca) – İlyas Məhəmmədov (Rusiya) – 0:5
86 kq
Cəsurbəy Yoldaşov (Özbəkistan) – Dövran Mamir (Qazaxıstan) – 5:0
Məmməd Quliyev (Azərbaycan) – Timur Həmzətov (Rusiya) – birinci döyüşə gəlməyib
92 kq
Alfonso Dominqes (Azərbaycan) – Giorgi Tçikladze (Gürcüstan) – 4:1
İrakli Alanidze (Gürcüstan) – Ramazan Dadayev (Rusiya) – 0:5
+92 kq
Məhəmməd Abdullayev (Azərbaycan) – Mirzakir Koşaliyev (Qırğızıstan) – 5:0
Nikoloz Beqadze (Gürcütan) – David Surov (Rusiya) – birinci döyüşə gəlməyib
Qadınlar
48 kq
Anaxanım İsmayılova (Azərbaycan) – Jasmin Tahirova (Özbəkistan) – 0:3
Liya Patlay (Rusiya) – Gülnaz Buribəyeva (Qazaxıstan) – 5:0
50 kq
Marjona Savriyeva (Azərbaycan) – Karina Korobova (Rusiya) – 3:2
Elyanur Turqanova (Qazaxıstan) – Sabina Babakulova (Özbəkistan) – 0:5
52 kq
Valeriya Linkova (Rusiya) – Anja Sadvakassova (Qazaxıstan) – 0:5
Tomiris Mirzəqul (Qazaxıstan) – Zeynəb Rəhimova (Azərbaycan) – 0:5
54 kq
Bəhriyyə İbrahimova (Azərbaycan) – Elina Bazarova (Qazaxıstan) – ikinci tam üstünlüklə qalib gəlib
Simbat Ələsgər (Qazaxıstan) – Darya Panteleyeva (Rusiya) – 0:5
57 kq
Aynur Mikayılova (Azərbaycan) – Viktoriya Baydukova (Qazaxıstan) – ikinci tam üstünlüklə qalib gəlib
Üzükcamal Yunusova (Özbəkistan) – Darya Abramova (Rusiya) – 0:5
70 kq
Əzizə İssina (Qazaxıstan) – Angelina Vitova (Rusiya) – 0:5
Epelle Mbata (İBA) – Ayşə Tahirova (Özbəkistan) – 4:1
+81 kq
Dina İslambəyova (Qazaxıstan) – Aynur Rzayeva (Azərbaycan) – 1:4
Altınay Satimbayeva (Özbəkistan) – Kseniya Olifirenko (Rusiya) – 0:5
Final görüşləri bu gün keçiriləcək.