- Baxış sayı: 39
- 26 Dekabr 2024 18:24
- Baxış sayı: 179
- Dekabr 18, 2024
- 0
Azərbaycanın 2 boksçusu Monteneqronun Budva şəhərində gənclər arasında Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
Allsport.az xəbər verir ki, federasiyadan “Report”a verilən məlumata görə, finala vəsiqə uğrunda Nicat Hüseynov və Kamil Babayev qüvvəsini sınayıb.
51 kq-da mübarizə aparan Hüseynov 3-cü sınağında rusiyalı Ruslan Pirovla üz-üzə gəlib. Gərgin keçən görüş rəqibin qələbəsi ilə yekunlaşıb. 54 kq-dakı Babayev isə gürcüstanlı Giorgi Sajaya ilə dueldən məğlub ayrılıb.
Nəticədə hər 2 boksçu Avropa çempionatını bürünc medalla başa vurub.
Final görüşləri oktyabrın 23-də keçiriləcək.