- Baxış sayı: 384
- 06 Noyabr 2024 22:37
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Qahirədə gənc boksçular arasında Ərəb ölkələrinin çempionatı keçirilib. Yarışda iştirak edən İraq millisi tarixində ilk dəfə böyük uğur qazanıb: komanda 10 nəfərə 8 bürünc medal qazanıb. Bu yaş qrupu üzrə yığmanın azərbaycanlı baş məşqçisi Cavid Tağıyev allsport.az saytına açıqlamasında deyib ki, 2 çəkidə onları uduzdurmasaydılar, nəticə 100 faizlik olacaqdır:
“52 və 56 kq-larda hakimlər bizi sıxdılar. Buna rəğmən, yekun fantastikdir. İndiyədək İraq boksunda belə nəticə olmayıb. Nəzərə alaq ki, burada cəmi 4 aydıq çalışıram. İraq Boks Federasiyasinin prezidenti Əli Təklifi, vitse-prezdentlər Şeyx Sabah və Əli Abdulzəhraya təşəkkür edirəm. Bu qələbə üçün onlar hər dəstəyi veriblər
Əsas hədəfimiz Tokio-2020 yay olimpiya oyunlarıdır. Fevralıq 17-də kişilər arasında ölkə çempionatı başlayır. Mən də yarışa dəvətliyəm. Öz köməyimi göstərəcəyəm. Bu gənclər 7 aydan sonra böyüklərə keçəcəklər. Məqsəd İraq millisində gənc komanda formalaşdırmaq, bacardıqca olimpiadaya çox lisenziya qazanmaq və orada da tarix yazmaqdır”.
Kamran HACI