- Baxış sayı: 384
- 06 Noyabr 2024 22:37
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“İraq boksçuları burda yaxşı hazırlıq keçdi. Durumdan məmnunam. 3-4 günə yenidən Bağdada yollanacağam. Səfirlikdən sənədlərimin cavabını gözləyirəm”. Bunu allsport.az saytına açıqlamasında İraq millisinin azərbaycanlı baş məşçisi Cavid Tağıyev dedi. Mütəxəssisin sözünə görə, qarşıda onları ilin ilk ciddi sınağı gözləyir:
“Bu ayın sonu Misirdə gənclərin ərəb oyunları başlayacaq. Komanda yanvarın 26-da Qahirəyə yola düşəcək. 1-həftəlik döyüşlərdə boksçuların hazırlığının hansı səviyyəyə gəldiyinə baxacağam. Əsas hədəfim, Tokio-2020 olimpiadasıdır. İraqda tarix yazmaq istəyirəm. Çünki indiyədək olimpiya oyunlarında yalnız 1 dəfə medal qazanılıb. Roma-1960-da ağırlıqqaldıran Abdul Vahid Əziz 3-cü yer tutub”.
Qeyd edək ki, ötən iyunda ölkəmizdə təlim-məşqdə olan İraq millisinə nəzarət edən və taktiki-texnikada müəyyən göstərişlər verən Cavid Tağıyevin əməyi nəticəsiz qalmayıb. Komandanın 56 və 64 kq-larda 2 üzvü Asiya oyunlarında 1/4 finala qədər irəliləyib. Hər çəkidə bu qələbələrdən ikisi nokautla bitib. Bundan sonra qarşı tərəf həmyerlimizi işbirliyinə dəvət edib.