- Baxış sayı: 31
- 24 Noyabr 2024 13:26
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
Bu gün gənclər və idman naziri Azad Rəhimov idman jurnalistləri federasiyası idarə heyətinin üzvlərini qəbul edib. Allsport.az saytı xəbər verir ki, görüş zamanı yeni təşkilatın yaranması münasibətilə medianı təbrik edən dövlət rəsmisi, idman KİV-inin inkişafına xidmət edəcək belə bir qurumun yaradılmasına çoxdan ehtiyac olduğunu deyib.
İdman jurnalistlərinin nazirliyə mütəmadi müraciətlərini nəzərə alaraq yeni təşkilatın yaranmasına dəstək olduğunu bildirən nazir öz tövsiyyələrini verərək İJF-yə fəaliyyətində uğurlar arzulayıb. İJF idarə heyətinin sədri Qabil Mehdiyev qurumun yaradılmasındakı dəstəyinə görə nazir Azad Rəhimova idman jurnalistləri adından təşəkkür edib.
İdarə heyəti üzvlərini təqdim edən “İdman”ın baş redaktoru artıq 2 iclasın keçirildiyini və bir sıra qərarlar qəbul edildiyini, müvafiq komissiyalar yaradıldığını bildirib.
Görüş zamanı 2 qurum arasında əməkdaşlıq məsələləri müzakirə edilib. Həmçinin federasiyanın 2020-ci il üçün tədbirlər planı və digər təşkilatlar və idman qurumları ilə birgə görülməsi nəzərdə tutulan işlər barədə məlumat verilib.