Azad Rəhimov Buzovnada yeni idman zalının açılışını edib

Bu gün Xəzər rayonu Buzovna qəzəbəsində yeni idman zalının açılışı olub. Allsport.az saytı xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Xəzər rayon icra hakimi  Gülağa İslamov, deputat Rauf Əliyev və digər rəsmilər iştirak ediblər.

Azad Rəhimov çıxışında, Buzovna qəsəbəsində inşa edilmiş idman zalı Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən Gənclər və İdman Nazirliyinin sifarişi əsasında tikildiyini deyib. Binada universal idman zalı, trenajor zalı, şahmat otağı, tədris otağı və digər mərkəzlər var.

“Bu  gün ölkəmizdə 43 OİK fəaliyyət göstərir. Bir müddət bundan öncə Tərtərdə sayca 44-cü, Beyləqanda isə 45-ci  OİK-in təməli qoyuldu. Bu il Lənkəran OİK-in istifadəyə verilməsi nəzərdə tutulur. Bundan əlavə, Goranboy və Neftçala rayonlarında növbəti OİK-in tikintisinə başlanılıb.  Yardımlı rayonunda isə İdman Kompleksinin tikintisi davam etdirilir” – deyə, nazir əlavə edib.

Həmin kateqoriyadan