Azad Rəhimov Ümumdünya yay universiadasında fərqlənənlərə mukafatları təqdim edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Çin Taypeyində keçirilən Ümumdünya yay universiadasından Vətənə medalla qayıdan idmançıları qəbul edib. Allsport.az saytı xəbər verir ki, o, son illərdə idman sahəsində qazanılan uğurlardan, Taypey səfərində olanların böyük əksəriyyətənin öncələr mötəbər yarışlarda əldə etdikləri qələbələrindən danışaraq, idmançılarımızın hər birinin idmanın inkişafında böyük rol oynadığını diqqətə çatdırıb:

 “Azərbaycan Universiadaya 90-cı illərdən qatılır. Tarixə nəzər salsaq aydın şəkildə həm medal, həm də idmançı sayında artımı görmək mümkündür. Bu da təbii ki, öz növbəsində ölkə başçısı Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əlyevin idmançılara göstəridiyi diqqət və qayğıdan xəbər vermiş olur. Diqqətin daha bir əyani nümunəsi ölkə başçısı tərəfindən sizin hər birinizin mükafatlandırılması ilə bağlı imzaladığı Sərəncamdır ki, məhz bundan da irəli gələrək bu gün mükafatlar böyük məmnuniyyətlə sizə təqdim olunacaq“.

Sonra söz MOK-un vitse-prezidenti Çingiz Hüseyzadəyə verilib. O, idmançıları səmimi qəlbdən təbrik edib, onların uğurlarının ölkə idmanının inkişafında böyük rol oynadığını  diqqətə çatdırıb, hər birinə gələcək yarışlarda  uğurlar arzu etdi.

Sonda, ölkə başçısı tərəfindən  imzalanmış Sərəncama əsasən Ümumdünya yay universiadasından Vətənə medalla qayıdan idmançıların mükafatlandırma mərasimi baş tutub.

Həmin kateqoriyadan