AzAL futbolçuları üçün bayram süfrəsi açdı

Dekabrın 21-də keçiriləcək “Xəzər Lənkaran” – AzAL oyunundan sonra istirahətə yollanacaq paytaxt klubunun fubolçu və məşqçi heyəti rəhbərliklə görüşüb. Allsport.az xəbər verir ki, qeyri-rəsmi xarakter daşıyan bu görüşdə komanda üzvlərinə bayram ziyafəti verilib.

Tədbirdə Fikrət Hüseynov klub rəhbərliyi adından bütün futbolçuları, məşqçiləri təbrik edib: ”Baş məşqçi Tərlan Əhmədovun istəyinə əsasən sizinlə görüşüb, bayramlaşmagı özümüzə borc bildik. “Xəzər Lənkəran”la oyundan sonra hamı istirahətə yollanacaq. Ona görə də indidən sizlərlə bayramlaşmağı özümüzə borc bildirk. Hamınızın Yeni İlini təbrik edir və ugurlar arzulayırıq”.

Qeyd edək ki, AzAL-ın kollektivi “Qala Bazar” restoranında bir araya gəlib. Tədbirdə həmçinin ad gününü qeyd edən komandanın mətbuat xidmətinin əməkdaşı Elvin Yaqubov da təbrik edilib.

Həmin kateqoriyadan