- Baxış sayı: 38
- 22 Noyabr 2024 12:25
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Noyabrın 8-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının fəaliyyətə başlamasının 86-cı ildönümüdür. Allsport.az saytı xəbər verir ki, akademiya bu əlamətdar günü sosialyönümlü xeyriyyə layihəsinə həsr edib – qanvermə aksiyası keçirib. İrsi qan xəstəliklərindən, o cümlədən talassemiya və hemofiliyadan əziyyət çəkən insanlara dəstək olmaq və cəmiyyətin diqqətini bu məsələyə yönəltmək məqsədilə keçirilən aksiyada Akademiyanın əməkdaşları və tələbə heyəti iştirak edib.
Aksiya çərçivəsində donorlar həkim-hematoloqlar tərəfindən yoxlanışdan keçirildikdən sonra isə qan veriblər. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya və hemofiliya xəstəliklərindən əziyyət çəkən insanlara yardım etmək məqsədilə xüsusi tibb briqadasına təhvil verilib.
Könüllü qanvermə aksiyası AzDBTİA-nın ardıcıl həyata keçirdiyi sosialyönümlü layihələrdən biridir. Belə layihələrin əsas məqsədi tələbələrin sosial məsuliyyətini artırmaq, onları könüllülüyə və vətənə xidmətə ruhlandırmaqdır. Bu gün 86-cı ildönümünü qeyd edən Akademiya sosialyönümlü layihələrin icrasını bundan sonra da davam etdirəcək.