- Baxış sayı: 36
- 24 Noyabr 2024 13:26
- Baxış sayı: 23
- Noyabr 25, 2024
- 0
Hər zaman Azərbaycan ordusuna dəstək olan Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyası növbəti xoş addımında da nümayiş etdirib. Allsport.az saytı xəbər verir ki, nümayəndə heyəti cəbhə bölgəsindəki “N” saylı hərbi hissədə əsgərlərlə görüşüb.
Vəziyyətlə yerində tanış olan əməkdaşlar akademiya tərəfindən göndərilən hədiyyə və “Əsgərə salam” məktublarını döyüşçülərimizə çatdırıblar. AzDBTİA əməkdaşları və tələbələrinin ürək sözünü qeyd etdiyi məktublar hərbçilərimizi həm duyğulandırıb, həm də sevindirib. Nümayəndə heyəti onların əhval ruhiyyəsindən daha ruhlanmış şəkildə geri dönüblər.