- Baxış sayı: 42
- 24 Dekabr 2024 19:31
- Baxış sayı: 174
- Dekabr 18, 2024
- 0
“Boks bizim sevilən, ənənəsi olan idman növlərimizdən biridir. Bu idman növündə dünya, Avropa çempionlarımız, olimpiya mükafatçılarımız var. İnanıram ki, bu ənənə daha yüksək səviyyədə inkişaf edəcək”. Allsport.az saytı xəbər verir ki, bunu Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasının idman işləri üzrə prorektoru Fərid Mansurov deyib.
Gənc boksçular arasında Azərbaycan birinciliyinin final döyüşlərini izləyən olimpiya və 2-qat dünya çempionu, həlledici görüşlərə çıxan idmançılar uğurlu gələcək vəd etdiyini bildirib: “Yarışın təşkilatçılığı çox yaxşı idi. Döyüşlərdə gərgin rəqabətin şahidi oldum. Yeniyetmə, gənc boksçuların görüşlərini izlədim. Ağır çəkilərdə mübarizə aparan idmançılarımızda irəliləyişin olduğunu gördüm”.
Onun sözünə görə, düzgün məşq proqramı mükafat qazanan boksçuların gələcəkdə daha da yaxşı inkişaf etməsi üçün vacib amildir: “Bilirsiz, hər bir növdə idmançı üçün lazımi şəraiti yaratmaq lazımdır. Təlim-məşq toplanışı, yarışlar və düzgün məşq proqramı vacibdir. Həqiqətən də gənc boksçuların Azərbaycan birinciliyi məni sevindirdi. Həm çoxlu sayda idmançılar qatılmışdı, həm də sonadək döyüşürdülər”.