Babayevdən qələbə, Məlikov uduzdu

Tbilisidə yeniyetmə boksçular arasında Avropa birinciliyi davam edir. Allsport.az xəbər verir ki, 30 ölkənin qatıldığı yarışın ikinci günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.

Boksçularımızdan Fuad Babayev (60 kq) Asen Asenovu (Bolqarıstan) 5:0 hesabı ilə məğlub edib. O, 1/8 finalda litvalı Paulius Bublis ilə döyüşəcək. Görüş iyulun 6-da baş tutacaq.

Yığmamızın digər üzvü Nadir Məlikov (57 kq) Davide Pasçazionu (İtaliya) ilə qarşılaşmada məğlub olub.

30 ölkədən 339 (224 oğlan, 115 qız) boksçunun mübarizə apardığı yarışda final görüşləri iyulun 11-də baş tutacaq.

Həmin kateqoriyadan